Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lyublyanada dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Lyublyanada dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Date: 13 January 2016 17:03


Lyublyana, 13 yanvar, AZƏRTAC
Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi parklarından birində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.
Lyublyana şəhər bələdiyyəsindən Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyana ofisinə daxil olan məktubda qeyd edilir ki, şəhər bələdiyyəsinin müvafiq komissiyası Şimali Şəhər Parkının yeni salınacaq hissəsində abidənin ucaldılması barədə qərar qəbul edib.
Nizami Gəncəvinin memorial abidəsinin yanında dahi şairin ədəbi əsərlərinin nümayiş olunacağı elektron lövhənin quraşdırılması da nəzərdə tutulub. Yaxın aylarda açılışı gözlənilən abidənin müəllifi Ukraynanın xalq rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana


Tags:  Lyublyanada dahi şair mütəfəkkir Nizami Gəncəvinin abidəsi ucaldılacaq



RƏYLƏR


Top news