Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

21 min manata görə 7 il iş

21 min manata görə 7 il iş

Date: 13 January 2016 17:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, E.İbrahimova 2014-cü ilin oktyabr ayında 21 min 637 manatlıq qızılı tanışı Dilarə adlı qadın vasitəsilə başqa bir qadından nisyə alıb. Həmin qızılları dəyərindən aşağı qiymətə satıb, pulu isə özünə xərcləyib. Bundan sonra o, borcunun bir qismini ödəsə də, sonradan qalan hissəni dələduzluq yolu ilə mənimsəyib.

Milli.Az


Tags:  min manata il


RƏYLƏR


Top news