Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

21 yaşlı qız yoxa çıxıb, evdə qan izləri tapılıb - Tovuzda

21 yaşlı qız yoxa çıxıb,  evdə qan izləri tapılıb - Tovuzda

Date: 13 January 2016 17:05

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.
 
Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı, 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları  hadisə yerində araşdırma aparırlar.

Milli.Az


Tags:  yaşlı qız yoxa çıxıb evdə qan izləri tapılıb Tovuzda

RƏYLƏR


Top news