Ukrayna mallarının dəyərini azaldacaq marşrut xətti istifadəyə verilir

Ukrayna mallarının dəyərini azaldacaq marşrut xətti istifadəyə verilir
17:05 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu həftə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə sınaq xarakterli ilk qatarın yola düşməsi gözlənilir.

Milli.Az report-a istinadən bildirir ki, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, bu marşrutun işə düşməsi adıçəkilən ölkələrdəki bazarlarda Ukrayna mallarının dəyərini azaldacaq.

Xatırladaq ki, yanvarın 7-də Ukraynanın baş naziri Arseni Yatsenyukun Azərbaycan baş naziri Artur Rasizadə ilə telefon danışığı olub. Söhbət zamanı Ukrayna məhsullarının tranziti mövzusu müzakirə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/397593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR