Səfirliyin əməkdaşı Bakıda qəzaya düşdü

Səfirliyin əməkdaşı Bakıda qəzaya düşdü
17:05 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəzaya düşüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Səbail rayonunda baş verib.
Rayonun Z.Tağıyev küçəsində Bakı şəhər sakini Fuad Əliquliyev idarə etdiyi Braziliya səfirliyinə məxsus "Toyota" markalı avtomobillə qəza törədib.

Səfirlik maşını Bakı sakini Ədalət Feyziyevə məxsus "Mercedes" markalı avtomobili vurub. Qəza zamanı "Mercedes" markalı avtomobil ciddi zədələnib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR