Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür

17:08 13 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+

Mənzil üçün müraciət edən jurnalistlərin sayı açıqlandı (23 İyun 2017 22:23)
KİV əməkdaşlarına mənzillərin verilməsi üçün sənəd qəbulu başa çatıb (23 İyun 2017 21:27)
Binəqədidə 9 May - Qələbə günü münasibətilə tədbir keçirilib (09 May 2017 12:22)


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və əməkhaqlarının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməli tədbirlərin görülməsinə başlanılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev AZƏRTAC-a məxsusi müsahibəsində sosial sahələrdə nəzərdə tutulan tədbirlər barədə danışaraq deyib:
-Hazırda dünyanı iqtisadi və maliyyə böhranı cənginə alıb. Azərbaycan da dünyanın bir hissəsidir. Böhranın Azərbaycan üçün təsirlərini minimuma endirmək, əhalinin maddi durumunu yaxşılaşdırmaq üçün Azərbaycan Prezidentinin tapşırıqlarının icrasına başlanılıb. Hazırda nazirlik manatın devalvasiyasının əhalinin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirinin qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən 4 fərqli ticarət mərkəzində - topdansatış müəssisələrində, bazarlarda, super marketlərdə və xırda ticarət obyektlərində minimum istehlak məhsullarının qiymətlərinin dəyişməsinə dair məlumat toplayır. Bir həftəyə dəqiq rəqəmlər əldə olunacaq. Həmin məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək və sonra minimum istehlak səbətinin tərkibi barədə qərar imzalanacaq. Bu qərara əsasən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də xidmətlərin siyahısı müəyyənləşdiriləcək.
Nazir müavini deyib ki, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.
Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən də danışan İ.İsayev deyib ki, nazirliyin yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il bu istiqamətdə mühüm tədbirlər görülüb. Son bir ildə xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə kurslarına cəlb edilməsi də diqqətdə saxlanılıb. Nazirlik bu istiqamətdə də işi fəallaşdıracaq.
Müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası üzrə işlərin davamı olaraq, nazirlik tərəfindən respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi ev, hazır binalardan alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli ev, yəni, ümumilikdə 281 mənzil ötən il bu kateqoriyadan olan ailələrə təqdim edilib. Gözdən əlillər üçün Bakının Nərimanov rayonunda inşa edilən 132 mənzilli yaşayış binası keçən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu istiqamətdə işlər bu il də davam etdiriləcək.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Sərəncamı bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür. Sərəncama əsasən bu qəbildən olan ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Bütün bunlar Azərbaycanın dövlət siyasətinin sosialyönümlü olduğunu təsdiq edir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32