Zahid Oruc: "Devalvasiyadan sonra insanlar çətin duruma düşüb"

Zahid Oruc: "Devalvasiyadan sonra insanlar çətin duruma düşüb"
17:09 13 Yanvar 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Ən çox oruc tutan insan (06 İyun 2017 11:25)
​Valyuta alışı və satışı üçün ən yaxşı banklar hansılardır? (03 İyun 2017 13:15)
Ölən insanın yerinə necə oruc tuturlar? (30 May 2017 21:27)

 

Son bir neçə gündə Azərbaycanın bəzi rayonlarında bahalaşma əleyhinə etiraz aksiyaları keçirilib. Dinc aksiyaya çıxan insanlar yerli icra qurumlarından əsasən  süni qiymət artımları ilə bağlı izahat istəyirlər. Parlament seçkilərindən əvvəl xalqı yanında görmək istəyən bəzi deputatlar belə bir zamanda nədənsə gözə dəymirlər. Amma nəinki seçicilər, heç jurnalistlər də deputatları tapa bilmirlər, çoxlarının səsi xaricdən gəlir, qış tətilindədirlər... .

 

Yerlərdə baş verən narazılıqlarla bağlı Mili Məclisin üzvü Zahid Oruc Modern.az saytına danışaraq, hökuməti kəskin tənqid edib. O, insanların kəskin dəyişiklikləri qəbul edə bilməmələrini normal sayır:

 

“Çünki buna qədərki dövrdə onların müəyyən yaşayışı formalaşmışdı. İnsanlar heç olmasa minimum səviyyədə öz tələbatlarını ödəyirdilər. Eyni zamanda, orta təbəqə formalaşmağa başlamışdı. Son devalvasiyadan sonra insanlar çətin duruma düşüb. İndiki vəziyyətdə yaşamaq onlara çətindir.

 

Ölkə başçısı özünün ən ali iradəsini bir daha ifadə edərək, hökumətin iclasında məmurlara, parlament üzvlərinə qarşı ən kəskin mövqeyini ortaya qoydu, hökuməti səfərbər olmağa çağırdı”.

 

“Aksiyaçılar haqlıdır”

 

Z.Oruc etiraz edən insanların haqlı olduğunu vurğulayaraq, hökuməti təcili tədbirlər görməyə çağırıb:

 

“Nəzərə almaq lazımdır ki, bölgələr üzrə sosial vəziyyət eyni deyil. Məsələn, Siyəzən daha az torpaq sahəsinə malik regiondur. Buna görə də əhalinin yaşayış vəziyyəti digərlərindən geri qalır. Ağcabədidə daha çox köçkünlərin məskunlaşdığı da məlumdur. İlk üzülən hissələrdən biri də ora olmalı idi. Həmçinin, Lənkəranda insanlar uzun müddətdir dənizdən istifadə imkanları əllərindən alındığına görə etirazlarını gündəmə çıxarmağa məcbur olublar. Bu təbii qarşılanmalıdır. Heç kəs həmin etirazları kiminsə ayağına yaza bilməz. Bu, insanların mövqeyidir. Hökumət də bunu təhlil etməli, nəticə çıxarmalı, bir neçə istiqamətdə təcili tədbirlər görməlidir.

Hər hansı iqtisadi, maliyyə addımından öncə insanlarda inamı bərpa etmək lazımdır. Məsələ təkcə manatın ucuzlaşmasından doğan problemlərdə deyil, məsələ həm də ondadır ki, xalqın inamı sarsılıb”.

 

Alp dağlarında istirahət edən deputatlar...

 

Zahid Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib.Onlara mandatı xalqa görə daşıdıqlarını xatırladıb:

 

“İndi hökumət efirə çıxmadan, məsələləri mediada fəal şəkildə izah etmədən, prosesi yalnız bir neçə ekspertin sərəncamına verərək, hətta alınan qərarların effektivliyini təmin edə bilməyəcək. Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək.

 

Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm.

 

Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında deyillərsə, niyə o mandatı daşıyırlar?! Bu gün başlıca vəzifə ölkə rəhbərinin kursuna uyğun olaraq prosesi insanlara izah etmək, problemin hansısa formada həllinə inandırmaqdır. Bu gün kimsə Alp dağlarının ətəyində istirahət edə bilər, amma oradan döndükdən sonra əhaliyə baş çəkməlidir. Nəzərə alsınlar ki, mandat da, vəzifə də o insanların hesabınadır”.

 

“İcra başçıları tikinti adı altında sahibkarların “qabığını soyur””

 

Z.Oruc deyib ki, baş verən etiraz aksiyaları yararsız məmurlardan xilas olmaq üçün Prezidentə böyük kömək olacaq:

 

“Mən o etirazları süngü ilə qarşılamıram. Hesab edirəm ki, bu, yerli İcra hakimiyyəti orqanları üçün də bir siqnaldır. Ölkə rəhbəri də vurğuladı ki, müxtəlif nazirliklər, komitələr özlərinə yaxın qurumlar yaradaraq tikinti aparırlar. Keçirilən “tenderlərin” əsas məqsədinin qeyri-şəffaflıqla götürülən külli miqdarda vəsaitin mənimsənildiyi olması heç kimə sirr deyil. Hər rayon İcra hakimiyyətinin başçısı dəyişəndə, o rayonun adamlarının, xüsusilə də sahibkarlarının “qabığı” bir daha soyulur. Rayon özünün zahiri “libasını”, arxitekturasını, “geyimini” təzədən biçir. Bu dəyişikliyin fonunda adamlar ciddi maddi ziyanlar görür. Abşeron rayonunun başçısı yerini Sumqayıta dəyişdi. Keçmiş icra başçısı Eldar Əzizov yaxşı işlər görübsə, bu halda Sumqayıtda quruculuq nöqtələri saxlanmalı, yeni addımlar ataraq postneft dövründə şəhərin inkişafına yönəlik işlərə imza atılmalıdır. Bu adam pis icra başçısı olubsa, onun qoyub gəldiyi bütün izlər silinməlidirsə, onda belə çıxır ki, 5 ildən sonra kimsə Səbaili eyni əzmlə, iradə ilə sökəcək?! Bu nə deməkdir axı?! İcra hakimiyyətlərinin vəzifələri şəhəri öz zövqlərinə uyğun söküb-tikməkdən ibarətdir?!

 

Biz qanun qəbul etməliyik ki, icra başçıları yerini dəyişəndə bölgənin üstündə arxitektur qərarlar verə bilməsin. Bəlli olur ki, onların məqsədi gözəllik, abadlıq yaratmaq deyil, özlərinə yaxın olan firmaların hansısa məhsullarını bu rayonun canına calamaqdan ibarətdir. Bu tikinti deyil, bu yamamaqdır.

 

Hesab edirəm ki, yaranmış vəziyyətdən hər birimiz nəticə çıxarmalıyıq. Əminəm ki, xalq əməyə hörmət edəndir, yaxşını da, pisi də tanıyır. Sevindiricidir ki, xalq hansısa zərərli yollarla, zorakılıqla deyil, haqq sözü ilə haqqı olanı istəyir, etiraz edir. Bu hökumət üçün siqnaldır, parlament də dəyərləndirməlidir. Amma xofsuz, dərin yanaşma ilə..”.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

AŞPA-da "əcinnə ovu": Aqramunt vəzifədən gedə bilər

27 İyun 2017 14:19

Çempionlar Liqasında yeni mövsüm başlayır

27 İyun 2017 14:17

Ramiz Əzizbəyli:"Afaq Bəşirqızı qələt edir..."

27 İyun 2017 14:16

Məsut Özil məşhur modellə eşq yaşayır – Həftəsi 1.2 milyona... - FOTOLAR

27 İyun 2017 14:13

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib

27 İyun 2017 14:12

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

27 İyun 2017 14:12

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

27 İyun 2017 14:07

30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

27 İyun 2017 13:58

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: Ağılasığımaz XƏYANƏT - FOTO

27 İyun 2017 13:57

Xalq artisti Qəndab Quliyeva dəfn olunub

27 İyun 2017 13:57

Tanınmış KVN-çi hərbi xidmətdə...

27 İyun 2017 13:54

Boliviya prezidenti: Dünyada narkotrafikin artmasında günahkar ABŞ-dır

27 İyun 2017 13:50

Əmziklə bəslənən balıqlar - VİDEO

27 İyun 2017 13:48

Ağcabədi sakini əməliyyat masasında ölüb

27 İyun 2017 13:42

"Onu gənc qızla zina edərkən tutdum" - FOTO

27 İyun 2017 13:42

Qadının telefonunu əlindən alan keçmiş məhkum tutuldu

27 İyun 2017 13:39

17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)

27 İyun 2017 13:38

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 13:37

Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

27 İyun 2017 13:37

Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO

27 İyun 2017 13:37

Uşaqlara meyl edən ailəli qadın ehtirasının qurbanı oldu - FOTO

27 İyun 2017 13:32

Yaşar Cəlilov rəqibləri haqda danışdı

27 İyun 2017 13:32

Arda Turan üçün 65 milyon avro

27 İyun 2017 13:27

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

27 İyun 2017 12:53

Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

27 İyun 2017 12:53

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50

Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

27 İyun 2017 12:49

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

27 İyun 2017 12:47

İmişli sakini Arazda boğuldu

27 İyun 2017 12:44

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (FOTO)

27 İyun 2017 12:43

Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

27 İyun 2017 12:43

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

27 İyun 2017 12:42