21 yaşlı qız itkin düşdü - TOVUZDA

21 yaşlı qız itkin düşdü - TOVUZDA
17:13 13 Yanvar 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları  hadisə yerində araşdırma aparırlar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR