Mərkəzi Bank: 2015-ci ildə inflyasiya 3 faizi keçməyəcək

Mərkəzi Bank: 2015-ci ildə inflyasiya 3 faizi keçməyəcək
17:43 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Azad Həsənli/

2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi mətbuatda dərc olunmuş 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bəyanatda deyilir: "Bazar əməliyyatları pul siyasətinin hədəflərinə, bank sektorunda sabitliyin saxlanılmasına, maliyyə vasitəçiliyinin stimullaşdırılmasına və vəsaitlərin vaxtında ödənilməsinə xidmət edəcəklər".

Bununla yanaşı, pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcək. Bəyanatda bildirilir ki, bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək. 2015-ci ildə Mərkəzi Bank müxtəlif qiymət indekslərinin təhlilinə və inflyasiyanın proqnozdan kənarlaşması risklərinin hərtərəfli qiymətləndirilməsinə xüsusi diqqət yetirəcək.

Proqnozlara görə, son qlobal və daxili tendensiyalar nəzərə alınmaqla, növbəti ildə inflyasiya 2-3 faiz səviyyəsində hədəflənir.

2015-ci ildə AMB səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcək.

Bundan başqa, faiz dərəcələri üzrə likvidlik alətləri faiz dəhlizinin konsepsiyasına uyğun olaraq təyin ediləcək. Faiz dəhlizinin parametrləri operativ olaraq iqtisadi mühitlə uyğunlaşdırılacaq. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrinin təyinindən sonra kreditlər üzrə faiz dərəcələrinin azalmasının prioritetliyini qəbul edəcək.

Milli valyutanın məzənnəsinə gəldikdə, AMB-nin bəyanatına əsasən, məzənnə rejimi əsasən dəyişməz saxlanacaq. Növbəti ildə də ikitərəfli məzənnə ilə yanaşı, manatın nominal və real effektiv məzənnələri monitorinq ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR