Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tacikistanın prezidenti "ömrünü" uzadır

Tacikistanın prezidenti "ömrünü" uzadır

Date: 13 January 2016 17:17

Tacikistan parlamentinin aşağı palatası ölkədə yeni konstitusiya dəyişikliyi təklif edir.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təklifin məğzi hazırkı ölkə başçısı İmaməli Rəhmonun ömürlük prezident elan edilməsini nəzərdə tutur.  
Bundan başqa, deputatlar prezidentliyə namizəd olanların yaş həddini 35-dən 30-a enidrməyi də təklif edirlər. Ölkədə dini təmayüllü siyasi partiyaların qeydiyyatının qadağan olunması da dəyişikliklər arasındadır.  

Tacikistanın konstitusiyası 1994-cü il, noybrın 6-da qəbul olunmuşdu. 2003-cü ildə əsas qanuna edilən dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı.

Bunun sayəsində ölkənin 20 illik əvəzsiz prezidenti İmaməli Rəhmon 2020-ci ilə qədər prezident kürsüsünü əlində saxlamaq imkanı əldə etdi.    

Milli.Az


Tags:  Tacikistanın prezidenti ömrünü uzadır


RƏYLƏR


Top news