Medvedev: "Hazır olmalıyıq"

Medvedev: "Hazır olmalıyıq"
17:21 13 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın baş naziri Dmitri Medvedyev Rusiya iqtisadiyyatı ilə bağlı son on ildə ən ciddi çağırışlar edib.

ANS PRESS-in məlumatına görə, çağırışı baş nazir Qaydar Forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə əsasən, neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatında çətin vəziyyətlər yaradıb. Baş nazir hələ ki vəziyyətin idarəolunan nöqtədə olduğunu ifadə edib.

Medvedev neftin qiymətinin daha da aşağı düşməsi ilə bağlı büdcənin yenidən nəzərdən keçirilməsinin lazım gələcəyini də qeyd edib. "Ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Bizim bütün istiqamətlərdə hazırladığımız planlar öz nəticəsini verir. Bizim qarşımızda duran vəzifə bu idi - iqtisadiyyatın, istehsalın azalmasının qarşısını almaq. İndi deyə bilərəm ki, iqtisadiyyatın aşağı düşməsi və istehsalın azaldılması dayandırılıb", - deyə Medvedev çıxışı zamanı əlavə edib.


Dmitri Medvedyevin Qaydar Forumunda çıxışı

Neft qiymətləri 2016-cı ilin əvvəllərindən bu günədək 17 faiz aşağı düşüb və 30 dollar səviyyəsinə qədər enib. Bu isə o deməkdir ki, neftdə yaşanan dəyər itkisi son 1,5 ildə 70 faiz olub.

Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev isə neftin qiymətinin gələcək 10 il ərzində aşağı səviyyədə qalacağını proqnozlaşdırıb.


Aleksey Ulyukayev - Rusiya İqtisadiyyat naziri


Qlobal iqtisadiyyatda "yeni normal"ın yarandığını ifadə edən Ulyukayev, qlobal istehsal dinamikalarının sürət kəsəcəyini və inkişafın də ləngiyəcəyini bildirib.

Bu yeni dövrdə rus xalqının istehlak yönümlü deyil, qənaət yönümlü olması lazım olduğunu bildirən Ulyukayev, ölkə iqtisadiyyatının ancaq bu şəkildə yeni dövrə ayaq uydura biləcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiyada iqtisadi vəziyyəti ötən ilin dekabr ayında baş verən devalivasiya və inflasiyadan sonra aşağı düşüb. Ümumiyyətlə, rusların real gəlirləri noyabr ayında 5,4% azalıb. Rusiya iqtisadiyyatına eyni zamanda Türkiyəyə qoyulan sanksiyalar da təsir göstərib.

Rusiya və Türkiyə arasında belə gərgin münasibətlər noyabrın 24-dən sonra yaranmağa başlayıb. Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyanın Su-24 təyyarəsini vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini desə də, Rusiya həmin iddiaları rədd edərək bunu "arxadan vurulan zərbə" adlandırıb.


Suriya - Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulduğu an


Elə bu səbəbdən də Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar hazırlayıb. Sanksiyalar yanvarın 1-dən qüvvəyə minib. Belə ki, yeni ildən ölkəyə Türkiyə məhsullarının gətirilməsi qadağan edilib, çarter avireysləri ləğv edilib, vizasız gediş-gəliş dayandırılıb, Rusiya biznesmenlərinə türk vətəndaşlarını işə götürmək qadağan olunub.


Suriya, Latakiya - Rusiya təyyarəsinin vurulduğu ərazi

Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, Moskva və Türkiyə arasında ticarət dövriyyəsi Rusiyaya 18-19 milyard dollar gəlir gətirib. Bu da son illər üçün heç də az göstərici deyil.


Rusiyanın Türkiyəyə qoyduğu qadağalar







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR