Naxçıvanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsinin əsas istiqamətləri müəyyənləşdirilib

Naxçıvanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsinin əsas istiqamətləri müəyyənləşdirilib
17:23 13 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 13 yanvar, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun təmin edilməsi, əmək potensialından daha səmərəli istifadə diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” önümüzdəki 5 il ərzində qədim diyarda məşğulluq siyasətinin əsas istiqamətlərini müəyyən edib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin olunması, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır.
Peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi də əsas məqsədlərdəndir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsini, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini, əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkilini, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə ardıcıl işlərin görülməsini, işçilərin əmək hüquqlarının təmin edilməsini, işaxtaranların təşkil olunacaq peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlandırılmasını nəzərdə tutur.
Xatırladaq ki, muxtar respublikada əmək bazarının tənzimlənməsində və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının uğurlu icrası mühüm rol oynayıb. Belə ki, 1996-cı ildən bu günə kimi muxtar respublikada 85 min 861 yeni iş yeri açılıb. Bunun da 59 min 90-ı və ya 68,8 faizi daimi iş yerləridir. Əgər 1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5 min 211 nəfər təşkil edirdisə, hazırda bu göstərici sıfır səviyyəsinə endirilib, əmək bazarında sabitlik təmin olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_ehalinin_semereli_mesgullugunun_temin_edilmesinin_esas_istiqametleri_mueyyenlesdirilib-918131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR