Neftçala Sənaye Məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı gözlənilir

Neftçala Sənaye Məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı gözlənilir
17:23 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Hazırda Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 7779 kvadratmetr olan 4 ədəd istehsal bloku və bütün zəruri infrastrukturun tikintisi işləri aparılır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub. Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılmış 10 hektar torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14908 kvadratmetr olan 8 ədəd istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək.
Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. Artıq 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 milyon manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.
Azərbaycanın digər rayonlarında da bu cür sənaye məhəllələrinin yaradılması ilə bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchala_Senaye_Mehellesine_7_layihe_uzre_156_milyon_manat_investisiya_qoyulacagi_gozlenilir-918129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR