Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gənc Tamaşaçılar Teatrı Konyaya gedir

Gənc Tamaşaçılar Teatrı Konyaya gedir

Gənc Tamaşaçılar Teatrının aprel repertuarı - CƏDVƏL (27 Mart 2017 15:05)
Tətildə uşaqları hara aparaq? – YERLƏR, QİYMƏTLƏR (20 Mart 2017 17:53)
Gənc Tamaşaçılar Teatrında Novruz bayramı qeyd olunacaq (15 Mart 2017 19:57)

Tarix: 13 Yanvar 2016 17:26

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, cari il aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir. Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar. Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə cari repertuarında olan iki tamaşa (Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” və L.Nuren “Mən gəldim qızlar” (“Müharibə”) haqqında məlumat göndərib. Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.

Festivalın keçirilməsində əsas məqsəd müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.









Teqlər:  Gənc Tamaşaçılar Teatrı Konyaya gedir



RƏYLƏR


Top xəbərlər