Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda sənaye məhsulları bahalaşıb

Azərbaycanda sənaye məhsulları bahalaşıb

Date: 13 January 2016 17:27

2015-ci ilin dekabr ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 1,0 faiz artıb, emal sənayesi üzrə 2,5 faiz azalıb.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz artıb.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,0 faiz yüksəlib, metal filizlərinin hasilatı üzrə isə 4,2 faiz azalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 6,0 faiz, kimya sənayesi üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz artıb, neft məhsullarının istehsalı üzrə 5,2 faiz, metallurgiya sənayesi üzrə 2,1 faiz, içki istehsalı üzrə isə istehsalçı qiymətləri 1,9 faiz azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Milli.Az


Tags:  Azərbaycanda sənaye məhsulları bahalaşıb


RƏYLƏR


Top news