11 yaşlı məktəblinin ölümünə nazirlikdən münasibət

11 yaşlı məktəblinin ölümünə nazirlikdən münasibət
17:29 13 Yanvar 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Təhsil Nazirliyi Füzulidə 11 yaşlı məktəblinin ölümü ilə bağlı münasibət bildirib.

 

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Füzuli rayonu 59 nömrəli tam orta məktəbin V sinif şagirdi Ağayev Qara İsmiyəli oğlu yanvarın 11-də axşam saat 19 radələrində yaşadığı evdə vəfat edib. Füzuli Rayon Təhsil Şöbəsinin verdiyi məlumata görə, Qara Ağayev yataq otağında boğularaq vəfat edib. Ölümün səbəbinin tam aydınlaşdırılması məqsədilə Füzuli RPİ tərəfindən istintaq işi aparılır.

 

Xatırladaq ki, dünən mətbuatda Füzuli rayon Şəkərli kənd sakini 11 yaşlı Qara Ağayevin evlərində özünü asaraq intihar etməsi ilə bağlı xəbərlər yayılmışdı.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR