Aleksandr Şarovski: "Hər aktyora və aktrisaya uyğun rol seçmək asan deyil"

17:32 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu münasibətlə Rus Dram Teatrının yaradıcı heyəti mətbuat konfransı keçirib.
Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski bildirib ki, premyera yanvarın 17-də təqdim ediləcək. 
O qeyd edib ki, teatrın yaradıcı heyəti hər Yeni il ərəfəsində yeni tamaşa təqdim edir: ""Afina gecələri" tamaşası 2016-cı ilin ilk premyerası olacaq. Səhnə əsəri teatrın aktrisası, əməkdar artist Yevgeniya Nevmerjitskayanın 70 illik yubileyi münasibətilə hazırlanıb. Tamaşada baş rolu əməkdar artist özü ifa edəcək".
A.Şarovski deyib ki, yubiley tamaşaları hazırlamaq Rus Dram Teatrında ənənəyə çevrilib: "Aktyorlarımızın doğum günlərini, yubileylərini onların bəyəndikləri tamaşaları səhnəyə qoymaqla qeyd edirik. Amma hər aktyora və aktrisaya uyğun tamaşa seçmək, obraz ayırmaq heç asan olmur. Premyerasına hazırlaşdığımız tamaşa üzərində də uzun müddət hazırlıq işləri aparılıb. Tamaşanı müasir yozumda təqdim edəcəyik".
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır. 
Tamaşada əsas rolları Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/aleksandr-sarovski-her-aktyora-ve-aktrisaya-uygun-tamasa-secmek-asan-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR