Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölüm saçan "şeytan araba"ları

Ölüm saçan "şeytan araba"ları

Date: 13 January 2016 17:37

Ötən il Azərbaycanda avtobus və yük avtomobillərinin sürücüləri tərəfindən törədilən yol qəzalarında ölənlərin sayının artması ciddi narahatlıq doğurur.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev qeyd edib ki, 2015-ci ildə respublika yollarında avtobus sürücüləri tərəfindən 84 yol qəzası törədilib: "Baş verən hadisələr nəticəsində 32 nəfər ölüb, 98 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2014-cü illə müqayisədə hadisələrin sayı 6, ölüm 4, xəsarətalma isə 17 fakt artıb".

Şöbə rəisi yük avtomobillərinin sürücüləri tərəfindən törədilən yol qəzaları ilə bağlı statistikanı da açıqlayıb: "Ötən il yük avtomobillərinin sürücüləri tərəfindən 131 qəza törədilib. Nəticədə 75 nəfər ölüb, 117 nəfər yaralanıb. Daha öncəki illə müqayisədə hadisələrin sayı 28, yaralanma 46 fakt azalsa, ölüm halları 11 fakt artıb".

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 894 nəfər ölüb, 2265 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin İzzət
Milli.Az


Tags:  Ölüm saçan şeytan arabaları


RƏYLƏR


Top news