Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

AXCP və Müsavatın Lənkəran təşkilatlarının sədrlərinə 30 sutka HƏBS

AXCP və Müsavatın Lənkəran təşkilatlarının sədrlərinə 30 sutka HƏBS

Date: 13 January 2016 17:39

AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli vəMüsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarı verilib.

 

Lənkəran Rayon Məhkəməsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 298.2 maddəsi ilə (Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) ittiham olunaraq, yanvarın 13-də barələrində 30 sutka müddətinə inzibati həbs qərarı çıxarılıb.


Tags:  AXCP Müsavatın Lənkəran təşkilatlarının sədrlərinə 30 sutka HƏBS

RƏYLƏR


Top news