Məlahət Abbasovadan Röyaya: "Böyüklük məndə qalsın"

Məlahət Abbasovadan Röyaya: "Böyüklük məndə qalsın"
17:41 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Amaliya Pənahovadan küsülü olduğu həmkarlarına barışıq addımı (12 İyun 2017 17:37)
Məlahət Abbasovadan möhtəşəm şou proqram - Türkiyəli məşhurların iştirakı ilə (30 May 2017 22:43)

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ilə müğənni Röya arasında oktyabrın sonlarından başlayan qalmaqal bu günlərdə daha da qızışıb. Münasibətlərin artıq hüquqi müstəvidə həlli məsələsi gündəmdədir. Belə ki, Məlahət Abbasovanın Röyanı məhkəməyə verdiyi deyilir.
 
Axşam.az-ın məlumatına görə, publika.az məşhur aktrisa ilə bu qalmaqal ətrafında danışıb:
 
- Azərbaycan tamaşaçısına bir müddətdir ki, süpürgəçi obrazında təqdim olunursunuz...

- (sözümü kəsərək) Süpürgəçi obrazından ələ salaraq danışmaq ayıbdır, aktyorları təhqir etmək deməkdir. Vəfa Fətullayeva uzun illər "Azdrama" və digər teatrlarda xadimə qadınları oynayıb. O, Hökümə Qurbanovanın qızıdır. İsmayıl Osmanlı “7 Oğul istərəm” filmində hamam işçisi obrazındadır. Belə bir cümlənin işlədilməsi aktyor sənətini təhqir etməkdir. Aktyor istər  müəllimə olar, istər qatil, istər həkim, istərsə də süpürgəçi rolu canlandıra bilər. Rolları ayırmaq aktyor sənətinə hörmətsizlikdir. Bütün tamaşalarda xidmətçi var.

Azərbaycan səhnəsində belə obrazları Lütfəli Abdullayev oynayıb. İndi biz Lütfəli Abdullayevə yaratdığı əyyaş obrazına görə qiymət verməliyik? Bu nə deməkdir axı?  Aktyor sənətində rola fərq qoymaz.
 
- Qalmaqallı obrazınız haqda nə deyərdiniz? Elə sözügedən serial yayımlandığı vaxtlarda da azərbaycanlının niyə bu cür rola dəvət edilməsi barədə qınaqlar səsləndi...

- Söhbət mənim “1001 gecə” serialında oynadığım xidmətçi obrazından gedirsə, bilməyənlərin nəzərinə çatdırım ki, həmin serial dünyanın 50 ölkəsində tərcümə olunaraq nümayiş olunub. Filmdə mənim obrazım Azərbaycan xanımını alçaltmır, ucaldır. Türkiyədə yaşayan Şəhrəzadın oğlu ölüm ayağındadır. Mərhəmətli qadın isə Türkiyədən deyil, məhz Azərbaycandan gəlir. O serialda Qarabağda ailəsi, övladı şəhid olmuş Azərbaycan qadınını canlandırıram. Filmdə baş qəhrəman özü deyir ki, bu uşağı mən dünyaya gətirsəm də, sən ona həyat verdin. Sonda məndən onların yanında qalıb, ona bacılıq etməyimi xahiş edir. Serialda xidmətçi olaraq qalmıram. Orada Qarabağ şəhidlərindən bəhs olunur, Ulu Öndərimizin görüntüləri əks olunur. Aktyor sənətini təhqir edənlər, gözlərini dörd açıb bütün bunlara oturub diqqətlə baxsınlar. Bizim sənəti təhqir etmək olmaz! Hazırda Argentinada “1001 gecə”  serialı tərcümə olunaraq nümayiş olunur. Ermənilər isə orada bu serialın nümayişinin dayandırılması üçün aksiya keçirib. Səbəb isə mənim serialda yaratdığım həmin obrazdır, Qarabağda ailəsi şəhid olmuş qadın obrazı. Məsələyə bu tərəfdən baxmaq lazımdır. Cılız şeyləri qabartmazlar. Nazirimiz Əbülfəz Qarayev, nazir müavinimiz Elçin Əfəndiyev olmaqla hamı mənim gördüyüm işlərdən xəbərdardır.
 
- Bir az o işlərdən danışardınız...

- Türkiyədə 10-dan çox Azərbaycan əsərini repertuardan keçirmişəm. Bu gün Türkiyə səhnəsində Azərbaycan əsərləri mənim sayəmdə oynanılır. Bəxtiyar Vahabzadənin, Elçin Əfəndiyevin “Şekspir” və “Qatil” əsərləri oynanıldı. Əli Həsənov və Sona Vəliyevanın məsləhəti ilə Hüseyn Cavidin “İblis” əsərinin də Türkiyədə səhnəyə qoyulmasına çalışıram. Hazırda bunun üzərində iş gedir. Bu, bilirsiz nə deməkdir? Türkiyə səhnəsində “İblis”i tamaşaya qoymaq kimə qismət olub? İşlərə bu tərəfdən baxın.
 
- Niyə seriallarda çox çəkilmirsiniz?

- Mən serial aktrisası deyiləm. Teatrdan boş qalan zamanlarımı seriala ayıra bilərəm. Mənə də böyük təkliflər gəlir. Amma bunun üçün teatrdan ayrılmalıyam. Mənə milyonlar da versələr, teatrdan kənarda qala bilmərəm. Çünki səhnə insanıyam. 2015-ci ildə “Rotari Teatro Ödülleri”ndə “İlin ən yaxşı rejissoru” mükafatını qazandım. Bunu kim edib indiyə qədər? Bu günlərdə Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” əsərləri, Elçin Əfəndiyevin “Teleskop” əsəri, Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri, Həsən Həsənovun “Brüsseldən məktublar” əsərini repertuardan keçirmişəm. Bunları kim edib? Elə bilirsiz birisi gəlir və bunları repertuara salır? Hər əsərin üzərində aylarla işləyirəm. Bu gün deyirəm, İstanbulun ən böyük və ən məşhur teatrında çalışan tək azərbaycanlı aktrisayam. Nə qədər ki, varam, oradayam, Türkiyə səhnəsində Azərbaycan əsərləri oynanılacaq. Buna dəyər versinlər. Yoxsa süpürgəçi... Bu sözlər bizim böyük sənətkarlarımızın ruhuna təhqirdir.
 
- Röya sizin Azərbaycanı bəyənməyib getdiyinizi yazıb.

- Bu nə sözdür? Orada ailə qurmuşam. Ailəm, 2 övladım var. İnsan vətənini sevməyə bilər? Mənim qanımda 3 rəng var.  Azərbaycanın bayrağının rəngləri! Vətən sevməyən vətən xainidir. Çox ayıb olsun. Bar verən ağac hər zaman daşlanır.
 
- Azərbaycandan Türkiyə səhnəsinə çıxmaq üçün sizə müraciət edənlər olur?

- Çox olub. Bundan sonra da əlimdən gələni edəcəm. “Mahmud və Məryəm” əsərində Fəxrəddin Manafov oynamışdı. İndiyə qədər ondan danışırlar. Deyirlər ki, necə də böyük aktyordur. Mənə müraciət edən aktyorların hamısını şirkətlərdə qeydiyyatdan keçirmişəm. Amma serial çəkmirəm. Mən serial rejissoru deyiləm. Ancaq müxtəlif teatrlarda tanıdıqlarım istedadlı aktyor və aktrisaları təklif etmişəm, qeydiyyata düşmələrinə yardımçı olmuşam. Türkiyədə tanışlıq yoxdur. Burada güclü rəqabət var.
 
- Köməklik üçün müraciət edənlərdən biri də Fərda Xudaverdiyev olub. Bu, düzgün məlumatdır?

- Düzgün informasiyadır.
 
- Amma sizə həsr edilən verilişdə Fərda məsələyə heç bir reaksiya vermədi. Baxmayaraq ki, o, aktyordur. Tamaşaları, yumoristik “stand up”ları, çəkildiyi filmləri var. Yəni aktyor sənətində obrazın böyük-kiçikliyinin fərqi olmadığını bilən insandır. Onunla danışdınız verilişdən sonra?

- Yox, qətiyyən. Mən səssiz qaldım. Yenə də böyüklük məndə qalsın. Amma mən Fərdadan gözləmirdim. Lütfəli Abdullayev hər zaman balaca rollar oynayıb. Biz ona balaca aktyor deyə bilərik? Vəfa Fətullayeva “Mahnı dağlarda qaldı” filmində xidmətçi rolunu oynayıb. Biz ona zəif aktrisa deyə bilərik?
 
- Mətbuatda yayıldı ki, Röyanı sizə tapşıran olub. Məhz bu səbəbdən susursunuz.

- Yox. Heç vəzifəli adam deyil. Sadəcə ortaq dostumuzdur. Mən də işin böyüdülməsini istəmədim. Bu səbəbdən susdum. Dedi-qodu arasında olmaq istəmirəm. Çünki heç kəsin ünvanına pis söz deməmişəm.  Sadəcə səhv başa düşülmüşəm. Bu isə məni çox üzdü. Qoy böyüklük məndə qalsın.
 
- Röyanı Türkiyədə məhkəməyə vermək istəmisiniz?

- Bəli, haqlısınız. Belə bir fikrim oldu. Röyanı Türkiyədə məhkəmə vermək üçün  menecerim və vəkilim ilə danışıqlar da apardım. Mənə dedilər ki, əgər məhkəmə işi olacaqsa, qətiyyən heç bir yerdə açıqlama vermə. Sonradan fikirləşdim ki, qoy böyüklük məndə qalsın. O da mənim azərbaycanlımdır. Mənə yaraşmaz.
 
- Röya hədə-qorxu da gəldi, dedi “elə eləməsin ki, gəlib onu Türkiyədə tapım”...

- (Gülür) Mən Bakıdayam. Türkiyəyə gəlməyə ehtiyac yoxdur. Gəlsin... Çox gülünc açıqlamalardır. Xalqımın qarşısında baş əyirəm. Xalq kimin necə olmasına düzgün qiymət verir. Sənət insanı ağzından çıxan sözə diqqət etməlidir. Biz bir sözümüzlə xalqın gözündən düşə bilərik. Hər kəs başını salıb işi ilə məşğul olsa, dedi-qoduya vaxt qalmaz. Türkiyədə 24 saat mənə bəs etmir. Mən çox istəyərəm ki, Röyanın yolları da açıq olsun. Ona kömək etmək əlimdən gəlirsə, bunu da edərəm. Ucuz açıqlamalar mənə görə doğru deyil. Qalmaqal insanı yerin dibinə soxur. Səviyyə insan üçün çox önəmlidir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bikinili fotolarını paylaşdı - FOTO

22 İyun 2017 23:05

Gürcüstanda yanacaq ucuzlaşacaq

22 İyun 2017 23:04

Avropa liderləri Rusiya barəsində razılaşdılar

22 İyun 2017 23:03

“Facebook” istifadəçi fotolarını müdafiə edəcək

22 İyun 2017 22:57

Şəmkirdə 2 otaqlı mənzildə yanğın baş verib

22 İyun 2017 22:55

Keçmiş arvadının üzünə "kislota" tökdürən şəxsin şikayəti təmin edilmədi

22 İyun 2017 22:49

Dünyada ən çox yardım edən və yardım alan ölkələr - SİYAHI

22 İyun 2017 22:48

"Türkiyə ilə fikirlərimiz üst-üstə düşür" -

22 İyun 2017 22:47

Şəmkirdə 2 otaqlı mənzil yanıb

22 İyun 2017 22:43

Hansı qidalar qabıqlarıyla daha faydalıdır

22 İyun 2017 22:42

Xərçəngdən qoruyur, xolesterolu aşağı salır... - Hər gün bir ovuc yeyin

22 İyun 2017 22:37

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

22 İyun 2017 22:36

Restorana "dominant qadın" obrazında getdi - FOTO

22 İyun 2017 22:32

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22 İyun 2017 22:28

Anası 5 yaşlı uşağı niyə öldürdü? -

22 İyun 2017 22:28

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

22 İyun 2017 22:27

Necə bilək ki, insaflıyıq, ya yox?

22 İyun 2017 22:27

Misirdə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

22 İyun 2017 22:22

İsti havada oruc tutmağın savabı nədir?

22 İyun 2017 22:22

İşə şortda buraxmadılar, don geyindi - FOTO

22 İyun 2017 22:17

“Qudurmuş tulanızın ipini çəkin” – Deputat

22 İyun 2017 22:17

Merac hadisəsi nə zaman olub?

22 İyun 2017 22:17

Rusiyanın ən zəngin məmurları – Siyahı

22 İyun 2017 22:17

Bakıda əcnəbi turisti qarət edən üç qadın tutuldu

22 İyun 2017 22:13

Çilidən Almaniyaya erkən şok - YENİLƏNİR

22 İyun 2017 22:12

İnsan duanı bütün vücudu ilə etməlidir, təkcə dili ilə deyil

22 İyun 2017 22:12

İnsanlarla cinlərin oxşar və fərqli cəhətləri

22 İyun 2017 22:12

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa razılaşıb

22 İyun 2017 22:12

Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”

22 İyun 2017 22:12

"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

22 İyun 2017 22:08

1 milyon təqibçisi oldan məşhur it - FOTO

22 İyun 2017 22:05

Əfqanıstanda bank yaxınlığında PARTLAYIŞ - 3 4 ölü, 60 yaralı - YENİLƏNİB

22 İyun 2017 22:05

Konqo Demokratik Respublikasında toqquşmalar nəticəsində 16 nəfər ölüb

22 İyun 2017 22:02

Əfqanıstanda partlayış törədilib:

22 İyun 2017 21:58

Qadının üzərinə turşu atanlarin niyyəti alınmadı

22 İyun 2017 21:57

İdarəçilik forması dəyişən universitetlərdə təhsil haqqı artacaqmı?

22 İyun 2017 21:57

“iPhone”un yaddaşını bərpa edən proqram yaradıldı

22 İyun 2017 21:57

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"

22 İyun 2017 21:57

Gənc qıza reanimasiyada təcavüz edildi - FOTO

22 İyun 2017 21:52

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

22 İyun 2017 21:52

6 aylıq uşağın qidalanması

22 İyun 2017 21:52

Bakıda həbs edilən erməni hökmdən şikayət verdi

22 İyun 2017 21:49

Məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı artırılacaq - VİDEO

22 İyun 2017 21:47

Salyanda bu uşaq hər kəsi heyrətləndirdi - VİDEO

22 İyun 2017 21:47

İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl

22 İyun 2017 21:47

Naxçıvan Muxtar Respublikasına yeni vergilər naziri təyin edilib

22 İyun 2017 21:45

Qoyun 5 ildir ki, 5 quzu balalayır - VİDEO

22 İyun 2017 21:42

Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim" - VİDEO

22 İyun 2017 21:42

Kişi arvadını və körpəsini öldürüb ağladı: "Araqdan içib vurdum" - VİDEO

22 İyun 2017 21:42

Xəstəliklərlə mübarizə aparan rəngli qidalar

22 İyun 2017 21:42