​Azərbaycanın daha bir komandasının baş məşqçisi istefa verəcəyini açıqlayıb

​Azərbaycanın daha bir komandasının baş məşqçisi istefa verəcəyini açıqlayıb
17:42 13 Yanvar 2016
12 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ "Rəvan" futbol klubunun baş məşqçisi Bəhmən Həsənov istefa verməyə hazırlaşır. Bu barədə "Report"a 55 yaşlı mütəxəssisin özü məlumat verib.
Onun sözlərinə görə, səbəb klubda yaranan maliyyə problemidir: "Komanda 2 aydır maaş ala bilmir. İstəyirəm ki, məşqləri boykot edən futbolçularla görüşüm. Həmin futbolçular mənə görə deyil, pula görə oynamırlar. Onların üzərində əziyyət çəkmişəm. Qış fasiləsindən sonra 12 məşq keçmişdim, hamısı havayı getdi. Formalaşmış komanda əvəzinə gənclərə üstünlük verməli oluram. Yunis Hüseynovun "Xəzər Lənkəran"ın baş məşqçi postundan istefa qərarını alqışlayıram. Belə getsə, mən də eyni addımı atacağam. İstefa ilə bağlı qərarımı 2 günə açıqlayacağam".
Yerli mütəxəssis problemlərə baxmayaraq "Rəvan"a yeni futbolçuların dəvət olunduğunu söyləyib: "Onlardan biri gürcüstanlı legioner, digəri isə "Sumqayıt"ın yarımmüdafiəçisi Nuran Qurbanovdur. Hazırda məşqlər yeni futbolçular və akademiyanın yetirmələri ilə birgə keçirilir. Sərəncamımda 16 futbolçu var".
B.Həsənov komandanın sabah start götürəcək "CBC Sport Kuboku"nda iştirakdan imtina etdiyini deyib. O bildirib ki, komanda bu heyətlə turnirdə iştirak edə bilməz.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/revan-klubunun-bas-mesqcisi-istefa-vereceyini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR