Azərbaycan-ABŞ hərbi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub

Azərbaycan-ABŞ hərbi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub
17:42 13 Yanvar 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub.
İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycan-abs-herbi-emekdasliginin-movcud-veziyyeti-ve-inkisaf-perespektivleri-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR