Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükçülər tərəfindən elektroşok və soyuq silah aşkarlanaraq götürülüb

Gömrükçülər tərəfindən elektroşok və soyuq silah aşkarlanaraq götürülüb

Date: 13 January 2016 17:43


Bakı, 13 yanvar, AZƏRTAC
Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Əkbər Mustafayevin baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatıyla yoxlanılarkən monitorda bıçaq və elektroşok cihazının təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin baqaja təkrar baxış zamanı Ə.Mustafayeva məxsus idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış 1 ədəd bıçaq və qutuya qablaşdırılmış 1 ədəd elektroşok cihazı aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən bıçaq bir tərəfı kəsici və ucu deşici xassəyə malik süngu-bıcaq formasında hazırlanmış soyuq silahdır.
Faktla bağlı təhqiqat aparılır.

Tags:  Gömrükçülər tərəfindən elektroşok soyuq silah aşkarlanaraq götürülüb


RƏYLƏR


Top news