Mərkəzi Bank dolların yeni məzənnəsini açıqladı

Mərkəzi Bank dolların yeni məzənnəsini açıqladı
17:59 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

14 yanvar 2016 valyuta məzənnəsi - Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan dolların manata qarşı rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 14-ə USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu günə olan USD/AZN məzənnəsi 1,5682 olub. Beləliklə, dollar manata qarşı 0,0024 manat və 0,15% möhkəmlənib.


Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR