Hollandiya polisi təhlükəsiz “BlackBerry” smartfonlarına müdaxilə etməyə nail olub

Hollandiya polisi təhlükəsiz “BlackBerry” smartfonlarına müdaxilə etməyə nail olub
17:46 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Hollandiya polisinin məlumatına görə, onlar "PGP" şifrləməsinə malik "BlackBerry" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar. Nəzəri cəhətdən aşkar edilmiş boşluq kibercinayətkarlar tərəfindən istifadə edilə bilər, amma "Netherlands Forensic Institute"un ("NFI") kriminalistləri müdaxilə alqoritmlərini məxfi saxlayırlar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.com" resursuna istinadən yazır ki, "BlackBerry" smartfonlarında elektron məktublara icazəsiz giriş haqda informasiya ilk dəfə 2015-ci ilin dekabrında məlum olub.

Belə ki, iddialara əsasən, mesajları sildikdən sonra onları bərpa edərək oxumaq mümkündür. "NFI"-nin mütəxəssisləri təcrübədə bunu sınaqdan keçirərək hədəfə nail olublar. Bunun üçün şirkət öz "Cellebrite" proqram təminatını tətbiq edib.
 
Daxili "PGP" şifrləməsinə malik "BlackBerry" smartfonları öz işgüzar və ya şəxsi yazışmalarından narahat olan istifadəçilər üçün nəzərdə tutulub.
 
Polislər alqoritmləri sınaqdan keçirərkən 325 elektron poçt mesajından 279-nu bərpa etməyə müvəffəq olublar, amma bunun üçün mobil telefonla birbaşa kontakt yaratmaq lazımdır.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40660-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR