Daxili İşlər Nazirliyi Yevlaxda törədilən qətllə bağlı məlumat yayıb.
Azvision.az-ın nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılıb. Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin qadının qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilib və o, tutulub.
Qeyd edək ki, məlum hadisə Yevlaxda 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.
Milli.Az