Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq

1000-dən çox müəllimin təhsil sənədi saxta çıxdı (16 Mart 2017 12:23)
1000-dən çox müəllimin təhsil sənədinin saxta olduğu aşkarlanıb - AZƏRBAYCANDA (16 Mart 2017 11:59)
Nazir müavini: "Azərbaycanda buraxılış imtahanı qaydasının yenidən dəyişdiriləcəyi gözlənilir" (10 Mart 2017 11:57)

Tarix: 13 Yanvar 2016 17:48


Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 14-dən 29-dək (iş günləri nəzərə alınmaqla) Təhsil Nazirliyinin “Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, suallar şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməmələri xahiş olunur.
“Facebook” istifadəçilərinin diqqətinə çatdırılır ki, şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır. Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Həmin şərhlər cavablandırılmayacaq.

Teqlər:  Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə ilə bağlı sualları cavablandıracaq



RƏYLƏR


Top xəbərlər