Müdafiə naziri ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi ilə görüşüb

Müdafiə naziri ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi ilə görüşüb
17:49 13 Yanvar 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 13-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub.

İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta da görüşdə iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR