​İstanbulda enerji konfransı keçiriləcək

​İstanbulda enerji konfransı keçiriləcək
17:52 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Yanvarın 16-da İstanbulda (Türkiyə) "Rusiya böhranından sonra enerjidə alternativ axtarışları" mövzusunda konfrans keçiriləcək. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, tədbirdə Rusiya ilə Türkiyə, həmçinin İranla Səudiyyə Ərəbistanı arasında yaranan problemlər müzakirə ediləcək.
"SOCAR Energy Turkey"in baş müşaviri və "Petkim"in İdarə Heyətinin üzvü Hayati Öztürkün də qatılacağı tədbirdə, Şimali İraq və Şərqi Aralıq dənizi kimi alternativ enerji mənbələri, həmçinin LNG qazından istifadə etmə məsələlərinin müzakirə ediləcəyi deyilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-stanbulda-enerji-konfransi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR