Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Müsavatdan xaric edilən bir qrup şəxsin şikayəti üzrə növbəti proses keçirilib

Date: 13 January 2016 17:52

"Report"un məlumatına görə, prosesə hakim Abbas Rzayevin sədrlik edib.
Müsavat Partiyasının mövqeyini müdafiə edən başqan müavini Osman Kazımov iddiaçılara suallar ünvanlayıb. Qarşı tərəf də sualları cavablandırıb, partiyanın 2014-cü ildə keçirilən qurultayında baş verənlərin videosunu təqdim ediblər. əhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.
Qeyd edək ki, Müsavatdan çıxarılanlar partiyanın sonuncu qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar müraciətdə partiyanın sonuncu qurultayında pozuntular olmasını iddia edərək nəticələrin ləğv olunmasını, yenidən qurultay çağırılmasını tələb edib. İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Surxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar.
Müsavat rəhbərliyindən narazı olan şəxslər partiyadan xaric edilib, hazırda isə onlar partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunurlar.
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib.

Tags:  Müsavatdan xaric edilən qrup şəxsin şikayəti üzrə növbəti proses keçirilib

RƏYLƏR


Top news