Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tovuzda itkin düşən qızın qardaşı saxlanıldı

Tovuzda itkin düşən qızın qardaşı saxlanıldı

Bakıda 14 yaşlı qız itkin düşüb (27 Mart 2017 21:14)
Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)
Bakıda itkin düşən məktəblinin meyiti tapıldı (16 Mart 2017 09:27)

Tarix: 13 Yanvar 2016 17:53

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb. Trend-ə daxil olan məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayonu Polis Şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbirstanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.

Xatırladaq ki, Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Tovuzda itkin düşən qızın qardaşı saxlanıldı



RƏYLƏR


Top xəbərlər