Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındakı qəza nəticəsində həlak olan neftçi Tovuz rayonunda dəfn edilib

Date: 13 January 2016 17:53


Tovuz, 13 yanvar, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçi, Tovuz sakini Mübariz Qasımov yanvarın 13-də doğulduğu kənddə dəfn edilib.
AZƏRTAC xəbər verir ki, 58 yaşlı neftçinin nəşi rayonun Aşağı Mülkü kəndində SOCAR-ın və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Mübariz Qasımovun cəsədi Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb.

Tags:  Günəşli yatağındakı qəza nəticəsində həlak olan neftçi Tovuz rayonunda dəfn edilib


RƏYLƏR


Top news