Devalvasiyanın toy biznesinə mənfi və müsbət təsiri - ARAŞDIRMA

Devalvasiyanın toy biznesinə mənfi və müsbət təsiri - ARAŞDIRMA
17:54 13 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

 

Ötən ilin yanvar ayı və bu ilin analoji vaxtını müqayisə etdikdə bölgələrdə toy şənliklərinin keçirilməsi 30-40 faiz azalıb.

 

Lent.az-ın əməkdaşının bu məsələ ilə bağlı apardığı araşdırma Şirvan şəhərini əhatə etməklə bu şəhərdə ətraf rayon sakinlərinin də toy şənliyi keçirməsini nəzərə alıb. Bu da araşdırmanı xeyli etibarlı edir və bu sahədə ümumi iqtisadi mənzərənin yaranmasına şərait yaradır.

 

Əməkdaşımızın Şirvan şəhərində yerləşən 10-a qədər şadlıq sarayının administratoru arasında keçirdiyi sorğudan məlum olub ki, nəzərdə tutulan toy sifarişlərinin 30 faizə qədəri sifarişçilər tərəfindən təxirə salınıb. Sifarişlərin təxirə salınması və toyların azalması digər biznes sahələrinə də zəncirvari təsirini göstərib. Bu, əsasən topdansatış ərzaq mağazalarının alqı-satqı dövriyyəsinə ciddi təsir edib. Toy üçün istehlak olunan ət və ət məhsullarının azalması qəssab biznesinə də təsirsiz ötüşməyib. Belə ki, bu biznes sahəsində ət kəsimi 30-40 faiz azalıb.  Eyni zamanda gəlinlik paltarlarının satışı, gözəllik salonlarına da müraciətlərin azalması adı çəkilən sahələrinin gəlirlərinə ciddi təsir göstərib. Şadlıq saraylarının inzibatçılarının verdiyi məlumata görə, əvvəl 350-500 nəfərlik toy etmək üçün çəkilən xərclər devalvasiyadan sonra 40 faiz artıb. 5-6 min manatlıq toy xərcləri 10 min manata qədər yüksəlib. Toya dəvət olunan qonaqların azalması toy sahiblərinin toya çəkilən xərclərin tam qarşılamasında ciddi problemlər yaradıb. Bütün bunlara əlavə olaraq şadlıq saraylarının gəlirlərinin azalması və hər bir şadlıq sarayında çalışan 30-50  nəfərin işsiz, yəni məvacibsiz qalması deməkdir. Ən son zərər çəkən zümrə isə yerli şou-biznes nümayəndələridir ki, onlar da bu proseslərdən kənarda qalmayıb.

 

Beləliklə, devalvasiyadan əvvəl mövcud duruma adaptasiya olmuş yerli biznes mühit, indi yaranmış yeni mühitə öyrəşməlidir. Sahibkarlar isə dövriyyəsi azalmış yeni bazarın tələbatına uyğun mal dövriyyəsinə köklənməlidir.

 

Toy şənliyinə hazırlaşanlar və ümumilikdə əhali üçün bezikdirici israfçı toyların keçirilməsinə son verilməlidir. İzafi xərclər azaldılmalı, yığcam toy şənliklərinin keçirilməsinə üstünlük verilməlidir. Əhali də proqnozlaşdırılmayan gəlirlərlə ailə büdcəsində xərcləri qabaqcadan nəzərdə tutulmayan toylara getmək məcburiyyəti ilə üzləşməməlidir.

 

Əlibəy Zeynallı


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR