Efirə içkili gələn məşhur futbol şərhçisi qovuldu

Efirə içkili gələn məşhur futbol şərhçisi qovuldu
17:57 13 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur futbol şərhçisi Vasili Utkin efirə içkili gəldiyi üçün "Matç TV" kanalı tərəfindən işdən qovulub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə dekabrın 9-da Utkin Çempionlar Liqasının növbəti turu çərçivəsində "Bayer"-"Barselona" matçını şərh edərkən baş verib.  

"Vasili Utkinin işdən kənarlaşdırlmasına səbəb onun intizam qaydasını - daha dəqiq desək, 9 dekabr 2015-ci ildə "Bayer"-"Barselona" matçının şərhinə içkili halda gəlməsi olub".  

Vasili Utkinin isə köhnə iş yerinin iddiasını rədd edərək həmin efir günü, sadəcə, yuxulu olduğunu deyib. 

"Yarımyuxulu vəziyyət çox futbol şərhçisinə yaxındır. Belə hallar əvvəllər də olub. Mənim bütün həmkarlarım şahiddir ki, o gün heç nə içməmişdim".  

Xatırladaq ki, 43 yaşlı Utkin Rusiyanın və MDB məkanını ən məşhur futbol şərhçilərindən biri sayılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR