Prezident İlham Əliyev Zakir Bəkir oğlu Qaralovu mükafatlandırıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, dövlət başçısı bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Z. Qaralov “Şöhrət” ordeni ilə təltif edilib.