“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır

“Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır
18:18 13 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır.
Bu məqsədlə Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dərsliyi hazırlayan müəlliflərlə birgə toplantı keçirib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirilib və müəlliflərlə yazacaqları bölmələrə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dünyanın 11 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu dərsliyə ehtiyac var və ona olan ehtiyac təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə bağlıdır.
Dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində ölkəmizin və dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_multikulturalizmi_dersliyi_hazirlanir-918165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR