Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü (FOTO)

Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü (FOTO)

Date: 13 January 2016 18:31

Qusarda sərnişin avtobusu qəzaya uğrayıb. Qəzaya buzlu yol səbəb olub

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yol qəzası Qusar rayonu ərazisində-Qusar-Xudat yolunun 8 ci km-də baş verib. Xudat istiqamətindən gələn sərnişin mikroavtobusu ilə əks istiqamətdə hərəkət edən VAZ markalı avtomobil toqquşub.

Qazeldə olan 10 sərnişin arasında xəsarət alan olmasa da hər iki avtomobil ciddi zədələnib. Qazelin sürücüsü və sərnişinləri qəfildən minik avtombilinin avtobusun qarşısına çıxdığını deyirlər.

VAZ-ın sürücüsü isə qezaya sebeb kimi yolun buzlu olmasını göstərdi.

Hadisə yerinə gələn Qusar yol polisi əməkdaşları qəzanın başvermə səbəbini araşdırır.






Tags:  Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü FOTO

RƏYLƏR


Top news