Sahibkarlar alkoqollu içkilərin nağd satışı qadağasının ləğvini alqışlayırlar - FOTO

Sahibkarlar alkoqollu içkilərin nağd satışı qadağasının ləğvini alqışlayırlar - FOTO
18:32 13 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ticarət şəbəkələrində spirtli içkilərin nağd satışına olan qadağanın yanvarın 12-dən aradan qaldırılması bu məhsulun istehsalı ilə məşğul olan sahibkarlar tərəfindən müsbət qarşılanıb. Bunu Trend-ə BAKI-PRAQA pivə zavodunun direktoru Camal Naibov deyib.

Onun sözlərinə görə, nağdsız ödənişlər, ilk növbədə, rahatlığı təmin edir: "Lakin yeni qaydalar (2016-cı il yanvarın 1-dən 12-dək ticarət obyektlərində alkoqollu içkilər yalnız nağdsız formada satlırdı - red.) istehsalçılar və istehlakçılar üçün qəfil oldu və faktiki olaraq, rahatlığa rəğmən, biz hiss etdik ki, belə növ yeniliyə hazır deyilik".

C.Naibov qeyd edib ki, sahibkarların yaranmış problemlərlə və bu qaydaların qüvvədə olmasının müvəqqəti dayandırılması imkanı ilə bağlı dövlət başçısına müraciəti özünü çox gözlətmədi: "Xüsusilə lisenziyalaşdırma prosedurunun sadələşdirilməsini, bürokratiyanın aradan qaldırılmasını və faktiki olaraq, bəzi lisenziyaların ləğv edilməsini, eləcə də yoxlamaların dayandırlmasını qeyd etmək istərdim. Bütün bunlar sahibkarlar tərəfindən müsbət qarşılanır. Bu, həm də bizi daha nikbin işləməyə, məhsul istehsalının həcmini artırmağa və yeni iş yerləri yaratmağa ruhlandırdı".

"Falken" pivə istehsalı şirkətinin direktoru Mürvət Şamiyev də eyni fikirdədir. Onun sözlərinə görə, dövlət başçısının həmin qaydaların qüvvədə olmasının müvəqqəti dayandırılması barədə qərarı bu sahədə fəaliyyət göstərən sahibkarları çox sevindirdi: "Biz dövlət başçısına "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyalaşdırma prosedurunun sadələşdirilməsinə, eləcə də yoxlamaların dayandırılmasına görə minnətdarıq. Bütün bunlar sahibkarların üzləşdiyi problemləri aradan qaldırıb".

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR