Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi və strukturu təsdiq edildi

Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi və strukturu təsdiq edildi

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələr verilib - SİYAHI (27 Mart 2017 18:12)
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ilə bağlı - QAYDA TƏSDİQ EDİLDİ (27 Fevral 2017 11:32)
İlham Əliyevdən mühüm fərman (20 Fevral 2017 21:43)

Tarix: 13 Yanvar 2016 18:37

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə", "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu", "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi" və "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı" təsdiq edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Milli.Az


Teqlər:  Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi strukturu təsdiq edildi



RƏYLƏR


Top xəbərlər