Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Futboldan getmək qərarını verməkdə tələsmişəm"

"Futboldan getmək qərarını verməkdə tələsmişəm"

Date: 13 January 2016 18:37

İtaliyanın titullu məşqçilərindən olan Marçelo Lippi yenidən işinə qayıtmağa hazırdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, təqaüdə getməklə tələsdiyini bildirib. Son olaraq ""Quanjao Everqrand" klubuna rəhbərlik edən Lippi 2014-cü ilin noyabrında məşqçilik karyerasına son verdiyini açıqlamışdı.

"İki il öncə demişdim ki, bu qədər yetər. Çindən evə qayıdanda düşündüm ki, bu qərara gəlməkdə, bəlkə də, tələsmişəm. Bəyəndiyim klublardan, ilk növbədə İtaliya daxilində olanlar, mənimlə əlaqə saxlasa, daha bir neçə il məşqçi işləyə bilərəm. Qələbə istəyim yox olmayıb. Əvvəlki kimi, televiziya vasitəsilə futbol oyunlarını izləyirəm".
Bir müddət öncə Lippinin "Milan"da Mixayloviçi əvəzləyəcəyi deyilirdi.

Milli.Az


Tags:  Futboldan getmək qərarını verməkdə tələsmişəm

RƏYLƏR


Top news