​Rusiya XİN: "Türkiyədə tutulanlar rusiyalı diplomatlarla təmasdan imtina ediblər"

​Rusiya XİN: "Türkiyədə tutulanlar rusiyalı diplomatlarla təmasdan imtina ediblər"
18:42 13 Yanvar 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində keçirilən antiterror əməliyyatı zamanı tutulan Rusiyanın 3 vətəndaşı rusiyalı diplomatlarla təmasdan imtina ediblər.
"Report" məlumatına görə, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Polisin təqdim etdiyi protokolda adları göstərilənlər Rusiyanın Türkiyədəki konsulluğunun əməkdaşları ilə təmasdan imtina ediblər", - deyə nazirlik bildirib.
Qeyd edək ki, yanvarın 12-də İstanbulda törədilən terrordan sonra yerli təhlükəsizlik orqanları Antalyada antiterror əməliyyatı keçirib. Rusiyanın 3 vətəndaşı terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək, tutulub. Onların qaldığı yerdə xüsusi təyinatlı polis dəstəsinin axtarışı nəticəsində bu qruplaşmaya aid sənəd və CD aşkar edilərək götürülüb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-xi-n-turkiyede-tutulanlar-rusiyali-diplomatlarla-temasdan-imtina-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR