Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Date: 13 January 2016 18:42

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4% artıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2% yüksəlib. 
Ay ərzində bitkiçilik məhsullarından xurma və kələmin istehsalçı qiymətləri ucuzlaşıb, nar, heyva, xiyar, şabalıd, qoz, fındığ, armud, alma, pomidor, sarımsağ, soğan, quru otun isə istehsalçı qiymətləri artıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Heyvandarlıq məhsullarından süd və yumurtanın istehsalçı qiymətləri artıb, ev quşları, mal və qoyun ətinin isə istehsalçı qiymətləri azalıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tags:  Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

RƏYLƏR


Top news