Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb

Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb

Date: 13 January 2016 18:43

Bakı. Trend:

Azərbaycanda 2015-ci ildə istehlakçılara 25,7 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 10,9 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,1 faiz artaraq 12 871,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 12,8 faiz artaraq 12 849,9 milyon manata bərabər olub.

Hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib.

Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi dəfə artıb

RƏYLƏR


Top news