Azərbaycan-Siciliya əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan-Siciliya əməkdaşlığının perspektivləri müzakirə olunub
18:43 13 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Palermo, 13 yanvar, AZƏRTAC
Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Koko Palermo şəhərinin meri Leoluka Orlando, şəhərin iqtisadi inkişaf və məşğulluq üzrə müvəkkili Covanna Marano və merin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Donatella Qariffo ilə görüşüb.
Söhbət zamanı Azərbaycan-İtaliya əlaqələrinin hazırkı vəziyyəti, ölkəmiz ilə Siciliya arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində olub.
Görüşdə Palermo şəhərinin rəsmilərinin, iş adamlarının daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, bu görüş Azərbaycanın bölgələri ilə Siciliya arasında əməkdaşlığın güclənməsinə töhfəsini verəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Palermo


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Siciliya_emekdasliginin_perspektivleri_muzakire_olunub-918182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR