Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Muzeyin kolleksiyası qiymətli eksponatlarla zənginləşir

Muzeyin kolleksiyası qiymətli eksponatlarla zənginləşir

Date: 13 January 2016 18:43


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi qeyri-adi qiymətli zərgərlik məmulatları və bəzək əşyaları ilə zənginləşir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsi milli zərgərlik məmulatı olan sinəbənd, Rusiya məmulatı olan ətir qabı və Avropa dövlətlərinə məxsus qadın əl çantası əldə edib. Mütəxəssislər bu qiymətli materialların XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğunu müəyyənləşdiriblər.
Qızıl suyuna salınmış gümüş sinəbənd şəbəkə işləmədir. On ədəd dörd ləçəkli gül formalı lövhənin hər birinin üzərinə bir ədəd qaş bərkidilib, lövhələrin üzəri balıq formalı, fiqurlu asmalar və xırda mirvarilərlə bəzədilib. Çəkisi 104,7 qramdır.
Rusiyaya məxsus ətir qabı gümüşdəndir, göy, ağ, qırmızı minalıdır. Üzərində 916 əyar damğası var. Çəkisi 21,6 qramdır.
Avropa dövlətlərinə xas olan gümüş metaldan hazırlanmış qadın əl çantası kiçik ölçülü, narın tordandır. Çəkisi 48 qramdır.




Tags:  Muzeyin kolleksiyası qiymətli eksponatlarla zənginləşir


RƏYLƏR


Top news