Niyazinin mənzil muzeyində klassik musiqi axşamı təşkil olunub

Niyazinin mənzil muzeyində klassik musiqi axşamı təşkil olunub
18:53 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubu yeni ilin ilk tədbirini klassik musiqi aləminə səyahətlə başlayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də muzeyin təşkilatçılığı ilə realasan tədbir Niyazinin mənzil muzeyində baş tutub. Əvvəlcə klassik musiqi həvəskarları klubunun gördüyü işlər və təşkil olunmuş tədbirlərin yekununa həsr olunmuş videoçarx nümayiş olunub.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək görülən işlərdən və klubun gələcək fəaliyyətindən söz açıb.
Daha sonra tədbir Qərbi Avropa və rus bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.
Qeyd edək ki, klassik musiqi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir sıra müəllim və tələbələrinin ifaları ilə yanaşı, M. Rostropoviç adına 21 nömrəli musiqi məktəbinin 11-ci sinif şagirdlərinin ifaları da dinlənilib.
Konsert proqramı maraqla qarşılanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Niyazinin_menzil_muzeyinde_klassik_musiqi_axsami_teskil_olunub-918189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR