Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya turizm şirkətləri nümayəndələrinin ölkəmizə səfəri davam edir

Rusiya turizm şirkətləri nümayəndələrinin ölkəmizə səfəri davam edir

Date: 13 January 2016 18:58


Bakı, 13 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin və “Silk Way Travel” turizm şirkətinin təşkilatçılığı ilə Rusiyanın 10 turizm şirkəti üçün infotur təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yanvarın 15-dək davam edəcək infotur çərçivəsində Bakıda yerləşən “İntourist” və “Boulevard hotel” kimi beşulduzlu brend mehmanxanaları ziyarət edən turizm agentliklərinin nümayəndələri İçərişəhər, Qız qalası, Azərbaycan Xalça Muzeyi və bir sıra tarix və mədəniyyət abidələri ilə tanış olublar.
Yanvarın 13-də “Şahdağ” Turizm Mərkəzinə yollanan qonaqlar mərkəzin tərkibindəki “Pik Palace” və “Park Chalet” otellərinin infrastrukturu, göstərilən xidmətlərlə yaxından tanış olub, kanat vasitəsilə dağa qalxaraq Şahdağ yüksəkliklərini seyr ediblər.
Turizm agentliklərinin nümayəndələri daha bir gün “Şahdağ” Turizm Mərkəzində yaradılmış şərait və xizək yolları ilə, o cümlədən xizək məktəbinin xidmətləri ilə tanış olacaqlar.



Tags:  Rusiya turizm şirkətləri nümayəndələrinin ölkəmizə səfəri davam edir


RƏYLƏR


Top news