Xarici vətəndaşların Azərbaycanda silah daşıması qaydası dəyişdirilib

Xarici vətəndaşların Azərbaycanda silah daşıması qaydası dəyişdirilib
18:59 13 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213; 2015, № 9, maddə 977) ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib.

 

1. 4-cü hissədə “nümayəndələri” sözündən sonra “(bu Qaydaların 4-1-ci hissəsində nəzərdə tutulmuş mühafizə xidməti əməkdaşları istisna olmaqla)” sözləri əlavə edilsin, “bəndinə” sözü “hissəsinə” sözü ilə əvəz olunub.

2. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilib.

“4-1. Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verir.”.

3. 8-ci hissədə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz olunsun.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR