Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib
19:03 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, Salehə Əliyeva, AZƏRTAC 
Yanvarın 13-də Rusiya Federasiyasında Rusiya Mətbuatı Günü qeyd edilir. 1703-cü ilin həmin günündə Birinci Pyotrun fərmanı ilə “Vedomosti” qəzetinin birinci nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov görüş iştirakçılarını Rusiya Mətbuatı Günü və Yeni il münasibətilə təbrik edib, RİMM-nin fəaliyyətinin operativ və obyektiv işıqlandırılmasına görə Azərbaycan KİV-lərinin bütün nümayəndələrinə təşəkkürünü bildirib.
V.Denisov RF Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovun təbrik məktubunu oxuyub.
RF-nin Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşov vurğulayıb ki, Rusiyada baş verən hadisələr Azərbaycan mətbuatında obyektiv işıqlandırılır.
Sonra Azərbaycan KİV-ləri RF-nin Azərbaycandakı səfirliyinin diplomları ilə təltif edilib. Təltif edilənlər arasında “İnterfaks-Azerbaydjan” və “Trend” informasiya agentlikləri, TASS agentliyinin Azərbaycandakı nümayəndəliyi, “Respublika”, “Azerbaydjanskiye izvestiya” qəzetləri, “Russkiy yazık i literatura v Azerbaydjane” jurnalı, “Space” telekanalı və “Azərbaycan Teleradioyayım” Qapalı Səhmdar Cəmiyyəti var.
Sergey Yeseninin 120 illiyinə həsr edilmiş yazılar müsabiqəsinin qalibləri də diplomlara layiq görülüb.
Tədbir bayram konserti ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Rusiya_Metbuati_Gunu_qeyd_edilib-918199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR