Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi

"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi

Date: 13 January 2016 19:06

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov istefa verib. ANS PRESS-in məlumatına görə, baş məşqçi bu gün postundan ayrılıb.

Artıq "Xəzər Lənkəran"ın yeni baş məşqçisi də müəyyənləşib. Komanda Elbrus Məmmədova tapşırılıb. Yunis Hüseynov isə yenidən idman direktoru vəzifəsinə qayıdıb. Yunis Hüseynov 2015-ci ilin yayında baş məşqçi postuna qayıtmışdı.

Onun gedişinə səbəb klub rəhbərliyinin transef etməmək və yaya qədər akademiyanın yetirmələri ilə oynamaq qərarı olub.


Elbrus Məmmədov


Yunis Hüseynov

Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda Azərbaycan Premyer Liqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Tags:  Xəzər Lənkəranın baş məşqçisi istefa verdi

RƏYLƏR


Top news